Mollalara maşın bağışlanmasında üç tanınmışın fikri toqquşdu – Açıqlama

11-10-2018, 19:41           
Mollalara maşın bağışlanmasında üç tanınmışın fikri toqquşdu – Açıqlama
“Məncə, bu cür addımlar ciddi problemlərə yol aça biləcək hərəkət sayılmaz. Həmin din xadimləri avtomobil hədiyyə almadan öncə necə fəaliyyət göstəriblərsə, bundan sonra da eyni cür fəaliyyət göstərəcək”.

Bu sözləri AzEuroNews.com-a ilahiyyatçı, araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bir qrup din xadiminə avtomobil bağışlanmasını tənqid edənlərə münasibətində qeyd edib.

Rəsul Mirhəşimli
Onun sözlərinə görə, təki bütün problemlərimiz elə bu səviyyədə olsun: “İstənilən məsələyə müxtəlif fikirlərin olması təbiidir. Biri din xadimlərinə avtomobil verilməsini dinin dövlətdən ayrı olması prinsipinin pozulması kimi qiymətləndirə bilər, başqa biri din xadimləri də bu dövlətin vətəndaşları olduğu üçün bunu dövlətin vətəndaşına qayğısı sayar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə axund vəzifəsini tutan din xadimlərinə aylıq maaş verilməsi barədə də qərar qəbul edib”.

Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli isə yazıb ki, mollalara “NazLifan” bağışlayan hökumət nəinki etik qaydaları tapdalayır, həm də dövlətin dindən ayrı olması prinsipini pozur.

Onun fikrincə, mollalara maşın bağışlamağın başqa təhlükəsi də var: “Dövlət nə qədər din adamlarını yanında göstərmək istəyirsə, camaat rəsmi din nümayəndələrindən bir o qədər aralı düşür.

Yəni, inanclı insanlar dövlət mollasına inanmır, əvəzində özünə dini liderləri kənarda, başqa dövlətlərdə axtarır. Bu isə artıq dövlətimiz (geniş və əsl anlamda) üçün ciddi təhlükədir”.

Səyyad Aran
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Aran modern.az-a nə üçün mollalara maşın verildiyini açıqlayıb: “Maşın alan mollalar nüfuzlu din xadimləridir.

Bunu Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həyata keçirdik. Biz hər mollaya maşın vermirik. Biz xalq içində böyük nüfuzu olan din xadiminə maşın veririk”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.