Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir - FOTO

9-01-2019, 18:20           
Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir - FOTO
Teref.az - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr.

Rayon ərazisində keçirilən səyyar qəbullar barədə vətəndaşların məlumatlandırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, yerlərdə keçiriləcək səyyar qəbulların qəbulu cədvəli əvvəlcədən təsdiq olunmuş, qəbullarda iştirak edəcək Rayon İcra Hakimiyəti aparatının məsul işçilərinin, mənzil, kommunal xidməti sahələri rəhbərlərinin və digər aidiyyəti qurumların nümayəndələrinin siyahısı tərtib olunmuşdur. Bütün keçirilən səyyar qəbullar məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulmasına xidmət edir.

Rayonda 2018-ci il ərzində 39 səyyar qəbul keçirilmiş, 3200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 249 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili, aztəminatlılara yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, respublikamızda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən işlər barədə sakinlərə geniş məlumat vermiş, bildirmişdir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, dövlət idarəçiliyinin effektivliyi möhkəmlənmiş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik təsisatlar möhkəmləndirilmişdir. Qeyd olunmuşdur ki, son 15 ildə ölkənin

sosial-mədəni və təsərrüfat infrakstrukturu tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur.

Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.