Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirildi

16-01-2019, 23:04           
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın  geniş iclası keçirildi
Teref.az - 16 yanvar 2019-cu il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdir. İclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirdi.
Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda saniyədə 25-40 metrədək şiddətlənəcəyi bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edildi. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırıldı.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında digər cari məsələlər də müzakirə olundu.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.