BALAKƏN SAKİNLƏRİNDƏN QANUNSUZ SAXLADIQLARI SİLAHLAR GÖTÜRÜLDÜ

19-01-2019, 10:27           
BALAKƏN SAKİNLƏRİNDƏN QANUNSUZ SAXLADIQLARI SİLAHLAR GÖTÜRÜLDÜ
Teref.az - Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Faktla bağlı RPŞ-də araşdırma aparılır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.