NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILIB

21-01-2019, 18:33           
NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS  SAXLANILIB
Teref.az - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,
RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xanqərvənd kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Arzu Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən qanunsuz yolla satış məqsədi ilə əldə edib saxladığı 2,2 qram qurudulmuş marixuana həmçinin onun əlində olan ağ rəngli sintetik kisədən qanunsuz yolla satış məqsədi ilə əldə edib saxladığı 1,540 kiloqram çəkidə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs həmin narkotik vasitəni Xanqərvənd kəndi ərazisində gizlətdiyini və şəxsi istifadəsi üçün yaşadığı ünvana aparmaq istədiyini deyib.
Faktla bağlı Goranboy RPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.