EVİNDƏ NARKOTİK YETİŞDİRİB SATIRDI

21-01-2019, 18:37           
EVİNDƏ NARKOTİK YETİŞDİRİB SATIRDI
Teref.az-a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Rayon sakini Əfqan Məmmədov narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 0,2 qram qurudulmuş marixuana aşkarlanıb. O ifadəsində narkotik vasitəni rayon sakini Elmar adlı şəxsdən aldığını bildirib. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Elmar Babayev saxlanılaraq onun yaşadığı evə baxış keçirilib və oradan siqaret və kibrit qutularında, həmçinin plastmas qabda ümumi çəkisi 274,7 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Babayev narkotik vasitəni xüsusi aqrotexniki qaydada qulluq edərək evdə dibçəklərdə becərdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.