QANUNSUZ OV EDƏNLƏR SAXLANILDI

9-02-2019, 11:46           
   QANUNSUZ OV EDƏNLƏR SAXLANILDI
Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Teref.az- a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3 -cü ( Ov qaydalarının kobud şəkildə pozulması ) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru