GƏNCƏDƏ EVLƏRDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

9-02-2019, 11:49           
GƏNCƏDƏ EVLƏRDƏN OĞURLUQ  EDƏN ŞƏXS SAXLANILIB
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Teref.az - a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvar ayının 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb. Daha sonra o, yanvarın 27-də başqa bir evə daxil olaraq 4050 manat nağd pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. V. İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.