POLİSLƏR ŞAGİRDLƏRİN QONAĞI OLDU

9-02-2019, 11:56           
POLİSLƏR ŞAGİRDLƏRİN QONAĞI OLDU
Teref.az - Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Fındığan kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Yol hərəkəti qaydalarına riayət edək” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Xızı RPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Niyaməddin Bağırlı narkotik vasitələrin insan sağlamlığı üçün yaratdığı mənfi amillərdən bəhs edib. O, hazırda bütün dünyada böyük problemə çevrilən və ciddi fəsadlara gətirib çıxaran nakomaniyaya qarşı ölkəmizdə hüquq mühafizə orqanları tərəfindən aparılan ciddi mübarizə tədbirlərindən danışaraq, narkomaniyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın fəal mövqe sərgiləməli olduğunu vurğulayıb. Polis baş leytenantı qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs öz uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Çünki sağlam gələcək məhz müasir təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır.
Daha sonra çıxış edən Xızı RPŞ-nin DYPB-nin Baş Dövlət Avtomobil Müfəttişi, polis leytenantı Əli Cavadov şagirdlərə yol hərəkəti qaydaları haqqında danışaraq, onlara dərslərdən çıxan zaman yollarda hərəkət edərkən ehtiyatlı olmalarını, keçid üçün isə hər zaman piyada keçidlərindən istifadə etmələrinin zəruri olduğunu bildirib. Məktəblilərə yol nişanları haqqında məlumat verən Ə.Cavadov onları maraqlandıran sualları cavablandırılıb.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru