GÖYÇAY SAKİNİNDƏN HEROİN GÖTÜRÜLÜB

11-02-2019, 17:10           
GÖYÇAY SAKİNİNDƏN HEROİN GÖTÜRÜLÜB
Teref.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.