Razim Məmmədov səkini də hasarlayıb avtodayanacaq tikdirir… – FOTOLAR

21-04-2015, 15:20           
Razim Məmmədov səkini də hasarlayıb avtodayanacaq tikdirir… – FOTOLAR
Azərbaycan son illər aparılan abadlıq-quruculuq işləri sözün əsl mənasında ürəkaçandır və buna ancaq sevinmək lazımdır. Paytaxt meri Hacıbala Abutalıbov demişkən- “Bakımız gözəlləşir, inkişaf edir”.
Amma… Bakı gözəlləşərkən daha böyük problemlərin ortaya çıxarılması, insanların, məktəblilərin təhlükəsizliyinin sual altına qoyulması bu işlərin kölgədə qalmasına rəvac verir. Yəni, bəzi məmurlar, qaş düzəltdikləri yerdə, vurub göz çıxarırlar.
Buna nə ad vermək olar? Məmur özübaşınalığı, qeyri-peşəkarlıq, yoxsa nə? Baş verənlər, dünyada analoqu olmayan, görünməyən, qəbul edilməıyənlərin Bakıda olması sözün əsl mənasında qəribəlikdən xəbər verir.
Bizimxeber.az-ın məlumataına görə, Bakının Xətai rayonu, Yeryomenko küşəsində daha bir qəribə və təhlükəli hal baş verir. Pik saatlarda tixac olan, insanların add
m atması belə mümkünsüz sayılan bu yolun kənarındakı səki hasarlanıb. Səkinin hasaralanması piyadalar, əsasən də məktəblilər üçün ciddi problem yaradıb. Və nəzərə alsaq ki, yaxınlıqda “Bakı Əyləncə Mərkəzi” və “Eliza Plaza” yerləşir o zaman təhlükə bir qədər də çoxalır. Çünki, həftə sonu bu mərkəzlərə əylənmək üçün gələn azyaşlı uşaqlar yolun düz ortası ilə getmək məcburiyyətində qalırlar.
Səkinin hansı səbəbdən hasarlanmasını, bu analoqu olmayan qərarın kim tərəfindən verildiyini öyrənmək üçün üz tutduq sözügedən məkana…
Hər tərəfi hasarlanan, hərbi və gizli tikinti obyektini xatırladan bu yerin iş içrasını tapırıq. Adını deməyən içraçı bildirir ki, səki Xətai Rayon icra başçısı Razim Məmmədovun göstərişi ilə hasarlanıb və icra başçısı burada avtodayanacaq tikdirir. “Bəs səkini niyə hasara almısız” sualına isə cavab çox sadə olur – “İcra başçısı göstəriş verib mən də göstərişi yerinə yetiririəm. Mən kiməm ki?” …
Daha bir maraqlı məqam… Razim Məmmədovun göstərişi ilə hasarlanmış səkinin tikinti ilə heç bir əlaqəsi yoxdur. Daha dogrusu, xususi ortüklə hasarlanmış səkinin arxa tərəfində daşdan daha bir hasar var ki, bu hasar da yerində qalıb. Elə isə hasar dalında yeni hasar çəkmək və səkini bağlamaq niyə və kimə lazımdır? Bu sualın cavabını verə bilməyən iş icraçısı susur… Əslində sualın cavabı bizə bəllidir. Bu xüsusi örküyə görə, milyonlar silinir. Bu da məmurlara görə, işin ən vacib tərəfidir.
Lazkin, səkinin hasarlanmasını bu şəkillər vasitəsi ilə görən cənab Razim Məmmədov da susacaq. Çünki, bu analoqu olmayan haldır… Səki ola-ola uşaqların, adamların təhlükəsizliyini sual altında qoymağın cavabını isə heç biz də bilmirik.
P.S.
Sonda Razim Məmmədovdan bir xahiş də etmək istəyirik…. Olimpiada ərəfəsində imkan qədər Xətai rayonundakı bu məşhür dərəyə (şəkil əlavə olunub) bir araba qum kökdürsün. Birdən qonaqlardan kiminsə yolu burdan düşdü… Bizə gülərlər…
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.