İsmayıllıda Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddinci ildönümü münasibətilə tədbir keçirilib

13-02-2019, 19:38           
İsmayıllıda Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddinci ildönümü münasibətilə tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti SHXÇ üzrə Dövlət xidmətinin yaranmasının yeddinci ildönümü ilə əlaqədar rayon şöbəsinin bütün əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, tədbir daha sonra RİH-nin konfrans zalında davam etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ordu quruculuğunda, silahlı qüvvələrin daha mübariz, daha sağlam və vətənpərvər kadrlarla təmin olunmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin böyük işlər gördüyünü, bu istiqamətli dövlət siyasətinin həyata keçirilməsində xüsusi xidmətləri olduğunu deyib. Tarixi gün münasibətilə SHXÇ üzrə DX rayon şöbəsinin əməkdaşlarını təbrik edən başçı fərqlənən əməkdaşları RİH-nin Fəxri fərmanlarına layiq görüb.
Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov tədbirin təşkilatçılığına, təbrikə görə təşəkkürünü bildirib, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova Dövlət Xidmətinin Xatirə medalını, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehova, RİH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədova və şəhər 3 saylı tam orta məktəbin hərbi hazırlıq rəhbəri Oqtay Əliyevə rayon şöbəsinin Fəxri fərmanlarını təqdim edib. YAP rayon təşkilatının sədri Sevil Əhmədova xanım əməkdaşlara RİH-nin qiymətli hədiyyələrini təqdim edib, şöbənin əməkdaşlarına təbrik ünvanlayıb.
Rayon məhkəməsinin sədri Rafael Şirinov, rayon prokuroru Tural Yusifov, DTX rayon şöbəsinin rəis əvəzi Cavid Məmmədov və rayon ağsaqqallar şurasının sədri Valeh Salehov Dövlət Xidməti rayon şöbəsinin əməkdaşlarını təbrik ediblər.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.