Şamaxıda növbəti biabırçılıq: Qadın müəllimələrə torpaq yaydırırlar

21-04-2015, 15:37           
Şamaxıda növbəti biabırçılıq: Qadın müəllimələrə torpaq yaydırırlar
Şamaxıda daha bir biabırçı hadisə yaşanıb. JAM.AZ-a məlumat verən rayon sakinlərinin bildirdiyinə görə, şəhərdə aparılan abadlıq və quruculuq işlərində fəhlələrin adına pul yazılsa da, onlardan deyil, büdcə təşkilatlarının işçilərindən istifadə olunur.

Məlumatda vurğulanır ki, artıq bir neçə gündür Şamaxı orta məktəblərində dərs deyən qadın müəllimələr torpaq yayılması prosesinə cəlb edilib. Ağır fiziki işə qadın müəllimələrin cəlb edilməsinin səbəbi isə işçi qüvvəsi kimi qeydə alınmış fəhlələrə veriləcək pulların mənimsənilməsidir.

JAM.AZ-a verilən məlumatda o da vurğulanır ki, belə bir göstəriş icra başçısı Asif Ağayev tərəfindən verilib. Və rayonun rəhbəri tələb edib ki, Bakıda keçiriləcək Birinci Avropa Yay Oyunları ərəfəsində qənaət etmək lazımdır. Avropa Oyunları üçün pula qənaətin edilməsinin mahiyyətini isə heç kim başa düşmür.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.