AXTARIŞDA OLAN ŞƏXSLƏR SAXLANILDI

16-02-2019, 20:14           
AXTARIŞDA OLAN ŞƏXSLƏR SAXLANILDI
Teref.az - a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəhmanlı kənd sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə axtarışda olan Təvəkkül Zeynalov və Sumqayıt şəhər sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda olan Vüqar Kərimov şəhər ərazisində saxlanılıblar












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.