ABŞ-da günahsız yerə 39 il həbsdə olan şəxsə 21 mln. dollar təzminat ödənəcək - VİDEO

25-02-2019, 07:46           
ABŞ-da günahsız yerə 39 il həbsdə olan şəxsə 21 mln. dollar təzminat ödənəcək - VİDEO
Amerikanın Kaliforniya ştatında törətmədiyi qətlə görə 39 il həbsdə qalan kişiyə 21 milyon dollar məbləğində təzminat ödəniləcək.

"Report" ABC-yə istinadən xəbər verir ki, ABŞ sakin Kreyq Koli 1978-ci ildə qadın və onun dörd yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunub.

Yenidən aparılan araşdırma sayəsində başqa insanın DNT izlərini aşkar etmək mümkün olub və bu, Kolinin günahsız olduğunu sübut etməyə kömək edib.

2017-ci ilin noyabrında artıq 70 yaşında olan kişi azadlığa buraxılıb.

Simi-Velli şəhər rəhbərliyinin bildirdiyinə görə, onlar Koli ilə ona təzminatın ödənilməsi barədə razılığa gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.