ABŞ-da yük təyyarəsinin qəzaya uğramasın nəticəsində 3 nəfər ölüb

25-02-2019, 07:58           
ABŞ-da yük təyyarəsinin qəzaya uğramasın nəticəsində 3 nəfər ölüb
ABŞ-ın Texas ştatında yük təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu təyyarənin sahibi olan "Atlas Air" aviaşirkəti bildirib.

"Böyük kədər hissi ilə "Atlas Air Worldwide" bildirir ki, 3591 reysinin göyərtəsində olan 3 nəfər, 2019-cu il fevralın 23-də ölüb", - deyə aviaşirkətin məlumatında deyilir.

Xatırladaq ki, aviaşirkətə məxsus Mayamidən Hyustona uçan "Boeing 767" təyyarəsi fevralın 23-də yerli vaxtla təxminən 12:45-də Anauak şəhəri yaxınlığında qəzaya uğrayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.