Səfər Mehdiyevin DGK-dakı təkhakimiyyətliliyinə son qoyulur... - ŞOK GƏLİŞMƏ

25-02-2019, 11:54           
Səfər Mehdiyevin DGK-dakı təkhakimiyyətliliyinə son qoyulur... - ŞOK GƏLİŞMƏ
Dövlət Gömrük Komitəsində şo dəyişiklik nəzərdə tutulub və yaxın günlərdə bu qərar rəsmən elan olunacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, zamanında, yəni hələ Səfər Mehdiyev DGK-da birinci müavin olarkən onunla ədavətdə olmuş gömrükçülərdən biri (hazırda həmin şəxs işindən kənarlaşdırılıb -red.) təkrarın vəzifəyə qaytarıla bilər.

Mənbənin dia.az-a söylədikləri: "Həmin şəxsin adı mediada o qədər də hallanmasa da, Səfər Mehdiyev onu gəldiyi ilk günlərdən işindən kənarlaşdırdı. İndi isə həmin şəxs gömrükdə çox yüksək bir vəzifəyə gətirilir. Bu barədə çox ciddi dairələr müzakirə aparır və qərar demək olar ki verilib".

Mənbə iddia edir ki, belə bir dəyişiklik baş verərsə, gömrük sistemində Səfər Mehdiyevin təkhakimiyyətliliyi də sona çatmış olacaq:

"Əslində Səfər Mehdiyevin DGK-da alternativsiz idarəetmə qurmaqla "yuxarılara" da müəyyən problemlər yaratmağa başlayıb ki, bu məsələnin aradan qaldırılması düşünülür".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.