Əhməd Vəliyev tələbələrin diplom ala bilməməsinə aydınlıq gətirdi

21-04-2015, 16:18           
Əhməd Vəliyev tələbələrin diplom ala bilməməsinə aydınlıq gətirdi
dlar Yurdu universitetini ötən il bitirən bir qrup tələbənin diplomlarını hələ də ala bilməməsi məsələsinə universitetin rektoru Əhməd Vəliyev aydınlıq gətirib.

Rektor “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyun ayında dövlət imtahanını verən tələbələr diplomlarını artıq alıblar: “Dekabrın sonunda verilən dövlət imtahanından keçən tələbələrin isə bir qisminə diplom verilib, qalanlarına da bu yaxınlarda veriləcək. Bildiyiniz kimi, diplom Təhsil Nazirliyindən universitetə göndərilir, universitetdə isə ona möhür vurulur”. Onun sözlərinə görə, bəzən tələbələr valideynlərinə universiteti bitirdiklərinə dair yanlış məlumat verirlər: “Tələbə dörd il universiteti oxuyursa, bu o demək deyil ki, o universiteti bitirib. Hansısa tələbənin kəsiri varsa, o dövlət imtahanına buraxılmır. Kredit sisteminə görə tələbə universiteti beş ilə də bitirə bilər. Valideynlər iddia edə bilər ki, əsgərdə olan oğlanları hələ də diplom ala bilməyiblər. Amma bu düzgün informasiya deyil. Kimin belə bir problemi varsa, universitetə müraciət edə bilər, biz məsələni yerindəcə araşdırarıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Odlar Yurdu” universitetində diplomların gecikdirilməsi ilə bağlı məlumat yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.