İSMAYILLIDA AVTOMOBİLLƏRİN AKKUMULYATORLARINI OĞURLAYAN ŞƏXS SAXLANILIB

15-03-2019, 13:26           
İSMAYILLIDA AVTOMOBİLLƏRİN AKKUMULYATORLARINI OĞURLAYAN ŞƏXS SAXLANILIB
Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az - a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb. O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.