Bayram şənliklərindən biri də Yasamal rayonunda yerləşən 36 saylı uşaq bağçasında keçirildi. Uşaq bağçasında Novruz şənliyi

16-03-2019, 13:09           
Bayram şənliklərindən biri də Yasamal rayonunda yerləşən 36 saylı uşaq bağçasında keçirildi. Uşaq bağçasında Novruz şənliyi
"Biz bağçamızda bütün bayramları keçiririk"

Bayram şənliklərindən biri də Yasamal rayonunda yerləşən 36 saylı uşaq bağçasında keçirildi.


Biz də bayram şənliyinin necə keçirildiyini görmək üçün adıçəkilən bağçaya yollandıq. Bağçaya daxil olarkən əsl bayram əhval-ruhiyyəsini hiss etdik. Bayram libaslarında olan uşaqlar böyük sevinclə öz çıxışlarını gözləyirdilər. Bildirək ki, bayram şənliyi rus və Azərbaycan bölməsinin uşaqlarının birgə iştirakı ilə düzənlənmişdi. Daha sonra uşaqlar hazırladıqları bayram şeirlərini sıra ilə qonaqlara söylədilər. Bundan başqa, uşaqlar bir-birindən gözəl rəqslər də nümayiş etdirdilər. Balaca Bahar qızının rəqsi və şeri isə bayrama daha da gözəllik gətirdi. Bayramın sonuna yaxın isə zala Novruzun simvolları olan Kosa və Keçəl təşrif buyurdular. Onların gəlişi isə uşaqların sevincini daha da artırdı. Kosa və Keçəlin məzəli söhbətləri, uşaqlarla oyunları bayramı daha da maraqlı etdi.

Bağçada müəllimə işləyən Yusifova Vəfa, Cəbrayılova Günay dan bayram təəssüratlarını öyrəndik. Onlar bizimlə söhbətində uşaqların çıxışlarından razı qaldıqlarını bildirdi: "Bağçamızda çox istedadlı uşaqlar var. Onlar hər bir şeri, mahnını, rəqsi asanlıqla öyrənə bilirlər. Düzdür, bəzən dəcəllikləri ilə bizi incidirlər. Amma buna baxmayaraq, çox bacarıqlıdırlar. Biz onlardan çox razı qaldıq".

Bağçanın direktoru Ruxsara Əliyeva isə bizimlə söhbətində bu cür bayramların həmişə təşkil olunduğunu bildirdi: "Biz bağçamızda nəinki Novruz bayramını, bütün bayramları keçiririk. Bundan əvvəl olan bayramları da yüksək səviyyədə keçirdik".

Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru