İnquşetiya paytaxtının meri: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində inkişaf edir"

19-03-2019, 18:51           
İnquşetiya paytaxtının meri: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində inkişaf edir"
"Bura gələrkən adi, əlbəttə ki, gözəl, amma dünyanın gördüyüm bir çox paytaxtları kimi şəhər görəcəyimi düşünürdüm. Amma tam səmimiyyətlə demək istəyirəm ki, Bakı çox heyranedicidir".
Bunu "Report"a Rusiya Federasiyası İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin meri Beslan Tseçoyev deyib.
Onun sözlərinə görə, bu gün Bakı həm tarixi, həm də müasir şəhər kimi inkişaf edir.
"Bu gün Maqası bəzilərinin dünyada analoqu olmayan bir sıra innovativ layihələrin həyata keçirildiyi smart-şəhər kimi qururuq. Maqas bu gün Rusiyada ən qabaqcıl şəhərdir. Bakı kimi, Maqas da şanlı minillik tarixə malikdir və müasir şəhər kimi inkişaf edir. Bəli, Bakı böyük şəhərdir, meqapolisdir, tamamilə fərqli miqyasdadır, amma burada özümə doğma bir şey gördüm. Şəhər rəngarəng və maraqlıdır", - mer bildirib.
B.Tseçoyev qeyd edib ki, Azərbaycan bu gün atası Heydər Əliyevin işini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində inkişaf edir.
"Şəhər meri kimi yox, bir insan kimi deyirəm. Əslində, ata Heydər Əliyev dahi olub, oğlu da atasının yolunu layiqlə davam etdirir. Burada çoxlu danışmaq lazım deyil, sadəcə, ətrafa boylanmaq kifayətdir", - B.Tseçoyev söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.