EVİNDƏ NARKOTİK TƏRKİBLİ BİTKİ YETİŞDİRƏN ŞƏXS SAXLANILIB

20-03-2019, 21:12           
EVİNDƏ NARKOTİK TƏRKİBLİ BİTKİ YETİŞDİRƏN ŞƏXS SAXLANILIB
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az - a verilən məlumata görə, martın 19-da RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.