Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

15-04-2019, 13:22           
Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az - a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini, 53 yaşlı Tehran Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan 12 ədəd kağız bükümdə 0,297 qram narkotik vasitə hesab edilən heroin, içərisində heroin qalıqları olan 4 ədəd şpris və sellofan torbada ümumi təmiz çəkisi 380 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru