Balakən sakinindən narkotik vasitə götürülüb

17-04-2019, 11:21           
Balakən sakinindən narkotik vasitə götürülüb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini 27 yaşlı Anar Dibirov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 430 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.