Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb

18-04-2019, 11:05           
Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.