STP Neft-qaz sektorunun liderləri ilə görüşüb

19-04-2019, 16:04           
STP Neft-qaz sektorunun liderləri ilə görüşüb
Neft-qaz sektorunda fəaliyyət göstərən dünyanın bir neçə qlobal şirkətlərinin nümayəndələri 17-18 aprel, 2018-ci il tarixlərində Sumqayıt Texnologiyalar Parkında olublar. Görüşdə “British Petrolium”-un (BP) ümumilikdə yerli və xarici podratçı şirkətlərindən 30-a yaxın nümayəndə iştirak edib. Onlar BP-nin önəmli portnyorlarından olan STP-nin imkanları ilə yaxından tanış olublar. Belə ki, neft-qaz nəhəngi BP həm yerli, həm də regional layihələrdə Texnoparkın imkanlarından yararlanmaqda olduqca maraqlıdır.
“Schlumberger”, “Halliburton”, “Tekfen”, “Steadfast Engineering”, Schlumberger, Saipem, R&M, Siemens, Rapid Solutions kimi lider kompaniyaların qatıldığı ziyarətin məqsədi onları Texnoparkın məhsulları, istehsal prosesi və texniki imkanları ilə tanış etmək olub. Bu cür görüşlərin keçirilməsi ölkəmizdə olan imkanların tanıdılması baxımından çox önəmlidir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətləri müxtəlif mexaniki emal detallarını və istifadə edilən əksər məhsulları idxal edirlər. Lakin STP-nin bütün beynəlxalq norma və standartlara cavab verən istehsal prosesi sayəsində bu məsələni həll etmək, ölkəmizin müvafiq sektorda idxaldan asılılığını azaltmaq mümkündür. Bu cür görüşlərin neft-qaz sektoru üçün idxal olunan məhsul və detalların Texnoparkda istehsal edilmə imkanlarını ortaya çıxarmağa kömək edəcəyi birmənalıdır.
Ziyarət zamanı əvvəlcə qonaqlarla STP-nin Baş ofisində görüş keçirilib. Görüşdə Texnoparkın Satış departamentinin direktoru Çinarə Əliyeva şirkət nümayəndələrinə STP-nin yaranması, zavodları və istehsal olunan məhsulları barədə məlumat verib. Daha sonra qonaqların sualları cavablandırılıb.
Görüşdən sonra qonaqlar Texnoparkın Dəqiq Emal Zavodu, Mexaniki Emal Zavodu, Qaynar Sinkləmə Sexi və Elektrik Avadanlıqları Zavodunda olublar. Şirkət nümayəndələri zavodların istehsal prosesi və məhsulları ilə əyani tanış olublar.


Qeyd edək ki, 10 ildir bazarda fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı neft-qaz sektoru üçün geniş çeşiddə məhsullar təqdim edir. Metal konstruksiyalar, kabel və plastik borular, təzyiq çənləri, körpülü kranlar nümunə olaraq çəkilə bilər. Bundan başqa STP metal qurğuların ömrünün uzadılması məqsədilə qaynar sinkləmə antikorroziya xidməti, dəqiq emal məhsullarının hazırlanması xidmətlərini də təklif edir.
Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə yanaşı xarici bazara da kifayət qədər məhsul ixrac etmək iqtidarındadır. Hazırda şirkətdə 2000 nəfərdən çox əməkdaş çalışır və Texnoparka daxil olan bütün müəssisələr Avropa və Yaponiya istehsalı olan ən yeni texnoloji avadanlıqlar ilə təchiz olunublar. Həmçinin Texnoparkın bütün zavodlarında Avropa istehsalı olan laboratoriyalar mövcuddur və onlar AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditə olunublar.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.