Fəzail Ağamalı seçiciləri ilə görüşdü

23-04-2019, 11:36           
Fəzail Ağamalı seçiciləri ilə görüşdü
Teref.az - Fəzail Ağamalı deputat seçildiyi Salyan rayonunun Qarabağlı, Qaraçala, Kərimbəyli, Yolüstü, Varlı və Xalac inzibati ərazisində seçicilərlə görüş keçirmişdir.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar və Salyan rayonunda aparılan abadlıq-quruculuq işləri və seçiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Deputat 13 kəndin 22 min əhalisini əhatə edən 32 km-lik Salyan-Şirvan avtomobil yolunun müasir tələblər səviyyəsində çəkilişilə də tanış olmuşdur.

Görüş iştirakçıları illərdən bəri çətin vəziyyətdə olan yolun fundamental təmiri və çəkilişilə bağlı ölkə prezidentinə dərin minnətdarlığını bildirmişlər.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.