Şəki sakininin evindən narkotik vasitə götürülüb

4-05-2019, 12:11           
Şəki sakininin evindən narkotik vasitə götürülüb
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları şəhər sakini Rövşən adlı şəxsin narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də onun satışı ilə məşğul olması barədə məlumat əldə ediblər. Əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 43 yaşlı Şəki şəhər sakini Rövşən Vahidov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 300 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.