AĞSTAFADA İKİ NƏFƏRİ BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB

6-05-2019, 22:05           
AĞSTAFADA İKİ NƏFƏRİ  BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az -a verilən məlumata görə, mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.