Çobanlıq etdiyi fermadan oğurluq etdi

7-05-2019, 11:45           
Çobanlıq etdiyi fermadan oğurluq etdi
Teref.az - DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.