Mağazadan oğurluq edən şəxslər saxlanılıb

7-05-2019, 11:47           
Mağazadan oğurluq edən şəxslər saxlanılıb
Teref.az - Mayın 4-də Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edən şəhər sakini Ə. Əhmədov ona məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif növ siqaretlərin, pul və digər əşyaların oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. ŞRPŞ-nin Cinayət Axtarış və İstintaq bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində oğurluğu edən şəxslərin Bakı şəhər sakinləri Ağakərim İbrahimov, Fuad Dadaşov və bir yeniyətmə olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.