İsamyıllılar baöhtançıya dünənini və bu gününü yadına saldılar - Əski çəbhəçi, əski məhbus və indi YAP-çı

13-05-2019, 21:33           
İsamyıllılar baöhtançıya dünənini və bu gününü yadına saldılar - Əski çəbhəçi, əski məhbus və indi YAP-çı
Teref.az olaraq İsmayıllı rayonunun möhtəşəm tərəqqisinə heyran olmamaq mümkün deyil. İsmayıllı rayonu bu gün nə 10 il əvvəlki, heçkeçən ilkidə deyil. Artıq dövlət dotasiyasından imtina etmiş, dövlətin xəzinəsinə vergi ödəyən, regionda liderlik uğrunda mübarizə aparan bir rayondur. Lakin bütün bunları gözü götürməyənlərdə var. Keçmişlə yaşayan, "Ara xəlvət tülkü bəy" prinsipi ilə hərəkət edən bəzi adamlarda var. İsmayıllıdan belə adamların biri haqda Teref.az -a sabiq AXC üzvü, sonrakı məhbus və indidə YAP üzvü kimi meydana çıxmış Rauf Həsənov haqqında İsmayıllıda danışdılar.. Düzdür deyilənə görə o deyirki, "Nəiqtidarın, nə də müxalifətin tərəfindədir." Amma deyəsən əslində elə hamısından istifadə edərək, sadəcə qara qüvvələrin tərəfindədir.
Söhbət etdiyimiz rayon sakinləri üzlərini Rauf Həsənova tutaraq deyirlər:
Deyəsən bu adam özü özünü tanımamazlığa vurub. Biz deyək, oxusun və özünü tanısın.
Başqaları səni yaxşı tanıyır. Heyif ki, sən kimliyini heç cür dərk etmək istəmirsən.

Sən ayağın yer tutandan, dilin söz kəsəndən şərə, böhtana, iftiraya, ayaq altı qazımağa öyrəşmisən. Çox heyif ki, bu yolda sənə rəvac verənlər də olub, yenə də vardır.

Birinci ondan başlayaq ki, özün kimi ali təhsil diplomun da saxtadır. Bu, aid orqanlar tərəfindən 90-cı illərdə müəyyənləşdirilib. Vəzifə təmənnası ilə o zaman cəbhəçilərə qoşuldun. onlar çox qısa müddət üçün hakimiyyətə gələndə rayon icra hakimiyyətində sənə də vəzifə verildi - qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbə müdiri oldun. Yardımların gəlhagəl vaxtı idi – dövlət yardımları, humanitar yardımlar, iş adamlarının etdiyi yardımlar. Heç biri ünvanına çatmırdı. Hamısını özün yaxın bildiyin bir-iki nəfərlə bölüşürdün. Cəbhəçilər məlum hadisələrdən sonra qorxub qaçdılar. Səni isə gəlir mənbəyi, qara kassa kimi saxladılar. Məcburi köçkünlər və qaçqınlar üçün göndərilən ərzağı, geyim əşyalarını, o zaman üçün nadir olan videoaparaturaları, idman paltarı və ayaqqabılarını, hətta dəyirmanı və səyyar çörəkbişirmə sexini Bakıda satmısan. Daha nələri satmısan, bütün bunları hamıdan yaxşı özün bilirsən və Ramiz Qafarovun rəhbərliyi ilə yaradılmış Respublika prokurorluğunun qaçqın və məcburi köçkünlərin mallarının mənimsəmə hallarını araşdıran istintaq qrupunun üzvləri bilirdi.

Malını yediyin məcburi köçkünlər səndən fərqli olaraq vurduğun ziyanın bir hissəsinin guya bərpa olunduğu məqsədilə 11 ton buğdanın paylanmasına qol çəkiblər. Bunu köçkün rayonların nümayəndələri hələ unutmayıblar. Nizami Mikayılov onu da unutmayıb ki, bir qayda olaraq məcburi köçkünlərə 12 litrdən duru yanacaq verib, sonra onu 42 eləyirdin. Axı bu araşdırmalardan çoxlarının xəbəri var.

1998-ci ildə səni belə əməllərinə görə rayon icra hakimiyyətindən uzaqlaşdırıb bazara göndərdilər. “Qarğanı qayadan atdılar”! Qonşu bazarın müdiri ilə qanlı-bıçaq oldun. Əvvəlki talançılığın da burada işləyəndə faş oldu. Həbs edildin. Bir müddətdən sonra buraxıldın. Bakıya gedib iş tapandan sonra həbsdə yatmağını gizlədib, YAP sıralarına keçdin. Sosial şəbəkələrdəki şər-böhtanında tez-tez vurğulayırsan: “MənYAP-ın üzvüyəm. Mən nə müxalifət, nə iqtidar tərəfindəyəm”. İqtidar tərəfində deyilsənsə, niyə iqtidar partiyası üzvlüyünü önə çəkirsən?(Əski məhbus YAP-a necə üzv olub?)

Səni su-kanal idarəsinə işə götürdülər, orada da törətmədiyin bəd əməl qalmadı. Hamıdan yazdın, idarəni iflic vəziyyətinə saldın.
Daha sonra deyilənlər:
İcra hakimiyyəti başçısından sicilləmə cəfəngiyyat yazırsan. Onun çeçələ barmağının dırnağı səviyyəsində işin, fəaliyyətin olsa idi, hardasa sənə haqq qazandırmaq olardı. Bu qədər tikilən, qurulan gözünə görünmür və ya görmək istəmirsən. Bu necə işdir ki, elmlər doktorunun rəhbərlik etdiyi bir neçə elmlər namizədinin fəaliyyət göstərdiyi bir rayonda yalnız sən haqlı-ədalətli oldun? Düzlükdən dəm vuranda niyə dönüb arxaya baxmırsan? Axı sənin həyatın ancaq əyrilikdən ibarət olub. Hamının haqqına girmisən! Bəs deyilmi? Yol çəkilir, ona bir qulp qoyursan, su xətti təmir olunur, köhnə borulardan pay istəyirsən, reketlik edib az qala aylıq haqq umursan. Rayon təşkilatları bir yana, artıq Respublika təşkilatlarına da dərs deməyə hazırlaşırsan. Azca da olsa, düşüncə qabiliyyətinə malik insan heç vaxt qışqıra-qışqıra danışmaz, tənqidlə təhqiri qarışdırmaz, etdiyi bəd əməlləri başqasının ünvanına yazmaz, özünü hamıdan yüksəkdə, hamıdan ağıllı görməz. Təbiidir ki, bu cür keyfiyyətlər normal insanlardan istənilir. Qalanlarına Allah kömək olsun.

Rauf Həsənov, axı ünvanına özündə olan çirkabı üstünə atmaq istədiyin insanlar səni çox yaxşı tanıyırlar. Sən “ikrah doğurur” sözünü sosial şəbəkələrdə fitnə toru toxuyanda çox işlədirsən. Dərk eləmirsən ki, sənin bütün fəaliyyətin ikrah doğurub. İndi də nifrət qazanmaq yolunu inamla davam etdirirsən.

Heç olmazsa, bu dedikləriizdən sonra özünü tanıya bildinmi? Kimliyin dərk etməyə cəhd göstərdinmi?

Çox səhv olaraq özünü hər şeyə ixtiyarlı hesab edirsən. Sən o fikirdəsən ki, rayonda görülən işlərin smeta-layihə sənədləri sənin təsdiqindən keçməlidir. Qeyri-hökumət təşkilatları da, ictimai təşkilatlar da sənin rəhbərliyin altında işləməlidir. Hansı ixtiyar və səlahiyyətlə şəhər inzibati ərazi dairəsindən smeta istəyirsən? İnsan bu qədər həddi aşarmı? Bu dərəcə də inkarçılıq mövqeyi tutarmı? RİH köhnə maşını kimə verməyi də səndən soruşmalıdırmı? Polis şöbəsində qardaşın işləyir, sən yox. Boru tutulması ilə bağlı növbəti böhtanını uydurub rəhbərliyin ünvanına yönəltməkdə məqsədin nədir? Sən o qədər şərə, böhtana uymusan ki, sənə o dərəcədə cəzasızlıq şəraiti yaradılıb ki, özünü artıq hüquq mühafizə və ədliyyə orqanlarından da yuxarıda görürsən.

Bu dedikləriizi oxusan, kimliyini bəlkə də dərk edə bilərsə..
Teref.az olaraq qarşı tərfi dinlə\məyə hazırıq!
Teref.az
Bakı İsmayıllı Bakı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.