NARKOTİK VƏ SİLAH AŞKAR EDİLDİ

16-05-2019, 21:37           
NARKOTİK VƏ SİLAH AŞKAR EDİLDİ
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Teref.az - a verilən məlumata görə, mayın 15-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 45 yaşlı Mehman İbrahimov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 286 həb sayında və ümumi çəkisi 178.5 qram narkotik vasitə hesab edilən “Metodan” və bir ədəd soyuq silaha bənzər turist bıçaq olması müəyyən edilib. Davam edən tədbirlərlə onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə narkotik vasitə hesab edilən “heroin”, digər ağacın dibində isə basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı və 2 ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə “metafetamin”nə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.