Paytaxtda "Açıq qapı" günləri keçirildi

21-05-2019, 10:15           
Paytaxtda "Açıq qapı" günləri keçirildi
Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilib. Aylıq çərçivəsində paytaxtın bütün rayonlarında sakinlərlə təsdiq olunmuş qrafikə uyğun “Açıq qapı” günləri keçirilmişdir.
Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və ya qəsəbə mədəniyyət evlərində Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub, görüşlərdə sakinləri ən çox narahat edən sual və problemlər dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Aylıq ərzində paytaxt rayonlarında keçirilən “Açıq qapı” tədbirlərində sakinlər tərəfindən daxil olmuş müraciətlərlə bağlı müvafiq tədbirlər görülmüş, araşdirma aparlması və icrasi ilə bağlı tapşırıqlar verilmiş, aidiyyəti qurumlara müraciətlər göndərilmiş, tədbirlər planlarına əlavə edilmiş, həmçinin vətəndaşlara qaldırdıqları məsələ ilə bağlı müvafiq izahatlar verilmişdir.
Daxıl olmuş hər bir müraciət nəzarətə götürülmüşdür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.