SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI

21-05-2019, 17:43           
 SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI
DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan Tererf.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amsar kənd ərazisində Akif Sərdarova qarşı soyğunçuluq edərək, xeyli miqdarda pulunu açıq talama yolu ilə ələ keçirən həmin kənd sakini, əvvəllər məhkum olunmuş 58 yaşlı Əjdər Ağammədov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, soyğunçuluq yolu ilə əldə edtidi pulları Xaçmaz şəhər ərazisində xərclədiyini bildirib.
Faktla əlaqədar Ə.Ağammədov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.