POLİSLƏR ONU YANĞINDAN XİLAS ETDİLƏR

23-05-2019, 21:52           
POLİSLƏR ONU YANĞINDAN XİLAS ETDİLƏR
Teref.az - Daxili işlər orqanları əməkdaşının günün bütün saatlarında apardıqları xidmət nəticəsində yüzlərlə, minlərlə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısı vaxtında alınıb.
Mayın 22-də gecə saatlarında Quba rayon mərkəzində yerləşən obyektlərin birində yanğın hadisəsi baş verib. RPŞ-nin PPXT-nın əməkdaşları, polis serjantları Cəlal Qubatov və Vilayət Əlicabbarov həmin anları belə xatırlayırlar:
- Biz rayon ərazisində gecə növbəsində avtopatrul xidmətini yerinə yetirirdik. Qəflətən obyektlərin birinin ikinci mərtəbəsində yanğın baş verdiyini gördük. Biz özümüzü itirməyərək dərhal həmin obyektə yaxınlaşdıq. Obyektin daxilində bir nəfər şəxs köməksiz vəziyyətdə idi, alov isə vaxt keçdikcə genişlənirdi. Bu zaman biz bağlı olan dəmir qapını açaraq həmin xanımı açıq havaya çıxarmağa müvəffəq olduq. Köməksiz vəziyyətdə olan şəxsə ilk yardım göstərdikdən sonra onu səhhəti tamamilə normallaşdı. Daha sonra onun Xaçmaz şəhər sakini S.Əlizamanova olduğunu bildik.
S.Əlizamanova həyatlarını riskə ataraq onu ölümün pəncəsindən qurtaran cəsur polis əməkdaşlarına təşəkkür və dərin minnətdarlığını bildirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.