Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

25-05-2019, 21:02           
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.
Daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, A. Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.
Fakla bağlı araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.