İsmayıllıda dörd ton narkotik yandırıldı

7-06-2019, 21:49           
İsmayıllıda  dörd ton narkotik yandırıldı
“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Xanagah kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 4 tondan artıq olan 3423 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.