“Eldar Əzizovun adından sui-istifadə edirlər” - QALMAQAL

10-06-2019, 11:20           
“Eldar Əzizovun adından sui-istifadə edirlər” - QALMAQAL
"Qanun Nəşrlər Evi”nin rəhbəri Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova qarşı səsləndirdiyi ittihamları geri götürüb. Modern.az-ın məlumatına görə, naşir “Meriya kitab yarmarkasına yasaq qoyur” paylaşımından sonra BŞİH-nin mətbuat xidmətilə məsələni adınlaşdırdığını qeyd edib:

“Bakı Şəhər İcra Hakimiyyətinin kitab yarmarkasına icazə verməməsi barədə paylaşım etmişdim. Ondan dərhal sonra BŞİH-in mətbuat xidmətinin rəhbəri mənə zəng etdi və bildirdi ki, Eldar Əzizovun adından sui-istifadə edirlər: “Eldar müəllimin kitaba böyük hörməti var və yarmarkaların keçirilməsinə heç bir qadağa ola bilməz”.
Ş.Xuduoğlu operativ reaksiyaya görə İcra Hakimiyyətinə, şəxsən Eldar müəllimə təşəkkürünü bildirib.

İ.Kərimov Modern.az-a bildirib ki, istənilən şəxs, o cümlədən də Şahbaz Xuduoğlu hər hansı tədbirin keçirilməsi üçün Meriyaya rəsmi müraciət edə bilər.

Xatırladaq ki, “Qanun Nəşrlər Evi”nin rəhbəri Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovu kitab yarmakalarının keçirilməsinə yasaq qoyduğunu iddia edərək, onu ittiham edib.

Meriyanın mətbuat xidmətinin rəbəri İsrfail Kərimov Modern.az-a açıqlamasında deyilənlərin həqiqətəuyğun olmadığını, E.Əzizovun kitaba böyük marağı olduğunu, kitab yarmarkalarına yasaq qoyula bilməyəcəyini vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.