Paytaxtda iməclik keçirilib - FOTO

10-06-2019, 11:42           
Paytaxtda iməclik keçirilib - FOTO
Teref.az - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları, abad məhəllələr salınır.

Teref.az xəbər verir ki, bu işlər çərçivəsində paytaxtımız Bakı şəhərinini bütün rayonlarını əhatə edən növbəti ümumşəhər iməcliyi təşkil olunmuşdur. Rayonların rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin, sahibkarların və iş adamlarının iştirakı ilə keçirilən iməcliklərdə ümumilikdə minlərlə insan iştirak edib.

İməcliklərdə zamanı ərazində təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur.

Eyni zamanda rayonların ərazilərində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılib, bir sıra yerlərdə hasarlar rənglənib.

Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olmuşdur.

İl ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.