Bakı şəhər sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb

18-06-2019, 09:54           
Bakı şəhər sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az- a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.