Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanılıb

20-06-2019, 12:40           
Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş 34 yaşlı Şahin Rəsulov saxlanılıb. Polis Şöbəsində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ümumi çəkisi 232 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.