İsmayıllıda Silahlı Qüvvələr Gününə həsr olunmuş güllə atıçılığı yarışı

25-06-2019, 17:55           
İsmayıllıda Silahlı Qüvvələr Gününə həsr olunmuş güllə atıçılığı yarışı
Teref.az - 25 iyun 2019-cu il tarixdə Heydər Əliyev adına parkda İsmayıllı rayon Gənclər və İdman idarəsi Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon filialı ilə birgə “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş Qarabağ müharibəsi əlilləri və veteranları arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirib.
Tədbirdə giriş sözü ilə çıxış edən İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları “ Silahlı Qüvvələr Günü” münasibətilə təbrik edib. Deyib ki, bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkili müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm tarixi nailiyyətlərindən biridir.
Tədbirdə həmçinin Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon filialının sədri Vidadi Zərbiyev İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov və başqaları çıxış ediblər.
Gərgin keçən mübarızədən sonra yarışın qalibləri müəyyən olunub. Birinci yerə 20 xalla Əliyev Oqtay Tağı oğlu, ikinci yerə 19 xalla Məcidov Əlişir Mehdi oğlu və üçün yerə isə 13 xalla Dadaşov Kamil Eldar oğlu layqi görülüblər. Qalib gəlmiş iştirakçılar İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom, hədiyyə və medalları ilə təltif olunublar.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.