Paytaxtın çimərliklərində reydlər keçirilir

30-06-2019, 08:22           
Paytaxtın çimərliklərində reydlər keçirilir
Teref.az - Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtın bir sıra rayonlarında yerləşən çimərliklərə baxış keçirib.
Paytaxt Bakı şəhərində havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dəniz sahilinə kütləvi axını müşahidə olunur. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Lakin müşahidələr və həmçinin vətəndaşlardan daxil olmuş bir sıra müraciətlər onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər vardır. Bur sıra yerlərdə vətəndaşlardan əsassiz olaraq çimərliklərə daxil olmaq üçün pul istənilir.
Müraciətlərin araşdirılması və neqativ halların aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Səbail rayonu “Şıx” çimərliyk ərazisi, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan, Zirə və Mərdəkan çimərliklərində reydlər keçirib.
BŞİH-nin Ticarət və xidmət departamentindən jurnalistlərə açıqlamada bildirilir ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Reydlər zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək və ictimaiyyətə məlumat veriləcəkdir”.
Bu gün reydlər Novxanı qəsəbəsindəki çimərliklərdə aparılmış və şkar edilmiş noqsanlar yerindəcə aradan qaldırılmışdır.
Reydlərin davamı nəzərdə tutulub.

Bakı Şəhər İsra Hakimiyyətinin Mətbuat Xidməti

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.