Qubada 61 yaşlı kişi itkin düşüb FOTO

25-07-2019, 16:23           
Qubada 61 yaşlı kişi itkin düşüb FOTO
AİLƏSİ ONU AXTARIR

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Qusar rayonunun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu cari ilin iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 162 sm., yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolları əyridir.
N.Ərzimanov əqli cəhətdən qüsurludur. Evdən çıxan zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.