Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda qəbul keçirib

26-07-2019, 23:36           
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda qəbul keçirib
26 iyul 2019-cu il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova İsmayıllıda - Heydər Əliyev mərkəzində qəbul keçirib. Qəbula Qəbələ rayonundan 4 nəfər, İsmayıllı rayonundan isə 10 nəfər gəlib.
Müraciətlər əsasən reabilitasiya mərkəzinin açılması, boşanma və aliment məsələləri və qəyyamlıqla bağlı olub.
Sözü, təklifi, xahişi, şikayəti olan hər bir kəs diqqətlə dinlənilib, icra üçün vaxt müəyyənləşdirilib və nəticələr barədə müraciət edənlərin hər birinə vaxtında məlumat vermək qərara alınıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.