Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qadınlarla görüşüb

26-07-2019, 23:40           
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qadınlarla görüşüb
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova İsmayıllıda qəbul keçirdikdən sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında ictimai fəal, ziyalı, evdar, xidmət sahələrində çalışan qadınların bir qrupu ilə görüşüb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova tədbiri giriş nitqi ilə açıb və sözü Komitənin sədri Hicran xanım Hüseynovaya verib. Komitə sədri ilk təəssüratlarına əsaslanaraq İsmayıllı qadınlarının ictimai fəallıqları ilə seçildiyini, sosial-iqtisadi inkişaf prosesində öndə getdiklərini, dövlət qadın siyasətinin icrasında aktivlik göstərdiklərini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan qadınları üçün təminatlı və hər baxımdan zəngin həyat yaradılıb. Buna cavab olaraq qadınlarımız dövlət qurumlarında, təhsil və mədəniyyət sahəsində, ictimai həyatda, tərbiyə işində daha fəallıqla çalışmalıdırlar. Bütün cəmiyyətimiz, təhsil qurumları şərait yaratmalıdırlar ki, qadınlarımız təhsilli olsunlar, tərbiyə işinin təşkili yollarına mükəmməl yiyələnsinlər.
İsmayıllı rayonu Ailə və Uşaqlara Dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, rayon mərkəzi xəstəxanasının həkimi Narxanım Əkbərova və başqaları çıxış edib, dövlət qadın siyasətinin həyata keçirilməsinin müxtəlif aspektlərindən danışıblar.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.