Qubada oğul atasının 47 min dollarını oğurladı - Foto

6-08-2019, 07:42           
Qubada oğul atasının 47 min dollarını oğurladı - Foto
Qubada öz yaşadığı evdən oğurluq edən gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teref.az-a verilən məlumata görə, Qubanın Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.