Balakən sakininin evindən narkotik vasitə götürülüb

20-08-2019, 10:22           
Balakən sakininin evindən narkotik vasitə götürülüb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az - a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanılıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Oradan 4 ədəd kibrit qutusunda 11 qramdan artıq və 1 ədəd sellofan torbanın içərisində 300 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.