"BUTA" körpələr evinin kollektivi Mehriban xanım Əliyevanın ad gününü təbrik etdi

26-08-2019, 11:45           
"BUTA" körpələr evinin kollektivi Mehriban xanım Əliyevanın ad gününü  təbrik etdi
Çox hörmətli, Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban Xanım Əliyeva!
Sizi doğum günü münasibətilə "BUTA" körpələr evi - uşaq bağçasının çoxsaylı kollektivi və "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli və məsuliyyətli işinizdə uğurlar diləyirəm. 15 ilə yaxındır ki, Siz bütün varlığınızla sevdiyiniz Azərbaycana yüksək səviyyədə xidmət göstərməkdəsiniz.
Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ etməklə xalqımızın qədim tarixi köklərə mənsub olmasını ciddi layihələrlə dünyanın aparıcı dövlətlərində nümayiş etdirməklə beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirtdiyiniz humanitar yardımlarla Siz beynəlxalq aləmdə haqlı olaraq ciddi nifuz qazanmısınız.
Sizi humanist, xeyirxah ictimai və siyasi xadim kimi Azərbaycan xalqı yüksək dəyərləndirir. Kimsəsiz uşaqların, haqsızlığa məruz qalan soydaşlarımızın ədalətli himayəçisi kimi fəaliyyətiniz sizə böyük sevgi və rəğbət qazandırmaqdadır.
Siz Ulu öndər Heydər Əliyevin yolunun sadiq davamçısı, Ölkə prezidenti, Cənab İlham Əliyevin sədaqətli silahdaşısınız.
Siz hər bir Azərbaycan xanımına örnəksiniz.
Vətənə, dövlətimizə bağlı olan hər bir soydaşımız kimi biz "BUTA"çılar da sizinlə fəxr edir, qürur duyuruq.
DÖĞUM GÜNÜNÜZ MÜBARƏK! "BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri
Günay Ağamalı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.